Ağstafada 4 ton ot bağlaması yandı

23:00 05.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağstafada yanğın hadisəsi baş verib.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Köçvəlili kəndində ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və altında yığılan 8 ton ot bağlamasının 4 tonu yanıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.